AZ

"Qarabağ" üçün davam, ya tamam matçı

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam klubu ÇL-in Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edəcək. Almaniya təmsilçisi ilə görüş saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Daha öncə keçirdiyi oyunlarda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətlə üzülmüş təmsilçimiz üçün Frankfurt klubu ilə görüş böyük əhəmiyyət daşıyır. “Qarabağ” bu oyunda qalib gəlməklə pley-offa vəsiqəni böyük ölçüdə təmin edə bilər. Azərbaycan çempionu hazırda 7 xalla 25-cidir.

Əvvəlki oyunlarında 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət görmüş “Ayntraxt” isə 4 xalla 33-cü sırada qərarlaşıb və mərhələ adlamaq şansı yüksək qiymətləndirilmir.

UEFA Çempionlar Liqası, 7-ci tur
21 yanvar

Seçilən
20
17
publika.az

10Mənbələr