RU

Qazaxda güclü qar fəsadlar yaratdı: Evin talvarı çökdü, avtomobillər əzildi - FOTO

Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.

Belə ki, ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb.

Nəticədə, vətəndaşa məxsus "Chevrolet Malibu" və Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib.

Hazırda qarın yağması davam edir.






Bizim.Media

Избранный
65
8
bizim.media

10Источники