RU

Rays sürücülük hüququnu itirdi

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Deklan Rays başına iş açıb. O, yol hərəkəti qaydalarını pozub."Football-plus.az" xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisi sürət həddini aşdığına görə 6 ay müddətinə sürücülük hüququndan məhrum olunub. “Daily Mail” nəşrinin məlumatına görə, futbolçu bir həftə ərzində iki dəfə sürət həddi qaydasını pozarkən yaxalanıb. İlk belə hadisə yanvarın 3-də baş verib. Rays Londonun cənub-qərbində, Serri qraflığında yerləşən malikanəsinin yaxınlığındakı şossedə icazə verilən 48 km/saat sürət həddi olan zonada avtomobili 60 km/saat sürətlə idarə edib. Beş gün sonra - yanvarın 8-də isə eyni yolda bu dəfə 64 km/saat məhdudiyyət olan ərazidə 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.Nəticədə Deklan yarım il müddətinə sürücülük hüququndan məhrum olunub və ona 2185 funt sterlinq məbləğində cərimə də kəsilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
58
3
icma.az

8Источники