Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
20 yanvar xalqımıza qarşı qanlı qətliamın törədildiyi gündür. Həm də 20 yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir. Xalqımız haqısızlığa qarşı heç vaxt səssiz qalmayıb və özünün qətiyyətinin nümayiş etdirib. 20 yanvara gedən yol da ondan əvvəlki illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına və Qarabağda baş verən hadisələrə sovet rəhbərliyini haqsız yanaşmasına etirazı ilə başlandı. Amma Qarboçovun azərbaycanlılara qarşı olan düşmən münasibətinin son cinayəti 20 yanvarda baş verdi. Əli yalın silahsız insanların üzərinə təpədən dırnağa qədər silahlanmış erməni quldulrlarından təşkil olunmuş xüsusi hazırlıqlı ordunun göndərilməsi və onlara qətliamın törədilməsi əmrinin verilməsi xalıqmızı qorxutmaq niyyətindən irəli gəlirdi. 147 nəfərin güllələnməsi və 750 nəfərin yaralanması xalqımızı qorxutmadı və daha mübariz etdi. Amma maraqlı bir hadisə də baş verdi. Xalqı meydanlara çağırış edən AXC-nin başında düranlar xalqı tankalrın qabağına çıxardaraq özləri qaçıb gizləndilər. Çünki onlar qırğın törədiləcəyini yaxşı bilirdilər. Məhz ona görə də onlardan heç birisi ölmədi və özlərini sonradan qəhrəman kimi göstərdilər. 20 yanvar qırgınına AXC- hakimiyyətə gələndən sonra bu qətliama siyasi-hüquqi qiymətin verilməsi məsələsinin unudulması və siyasi qiymət verilməsi üçün öz imkanlarından istifadə etməməsi onların iç üzünü nədən ibarət olduğunu açıq göstərmişdi. Həmin dövürdə təcrid olunmuş bir şəraitdə yaşayan Ümummilli Lider Heydər Əliyev özünü təhlükəyə ataraq Moskvadakı nümayəndəliyimizə gəlir və orda sərt çıxış edərək deyir. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Amma Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.20 yanvar qəhrəmanlıq səhifəmizdir. Xalqımız bu qanlı tarixi heç vaxt unutmayacaq. Hər il 20 yanvarı Ümumxalq Hüzn Günü elan olunması və xalqımızın tər qərənfillərlə Şəhidlər Xiyabanına axın edib onların ölməz ruhları qarşısında baş əyərək ehtiramın göstərilməsi xalqımızın öz tarixnə nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Şəhidlər ölmürlər. Onlar dövlətimiz və xalqımız yaşadıqca yaşayacaqlar. Allah rəhmət eləsin, ruhları şad olsun!Milli Məclisin deputatı
Azər Badamov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.