RU

Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanıldı

Yanvarın 19-da ölkə ərazisində qeydə alınan cinayət hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, gün ərzində qeydə alınan 37 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.

Axtarış tədbirləri nəticəsində ümumilikdə 110 nəfər saxlanılıb. Onlardan 89-u borclu şəxs qismində axtarışda olan şəxslər olub və aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 12 fakt aşkarlanıb, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

DOĞRU.AZ

Избранный
93
3
dogru.az

10Источники