RU

Səidə Mirziyoyeva İlham Əliyevi təbrik etdi

BAKI, 20 yanvar. TELEQRAF

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərini təbrik edib.

Teleqraf xəbər verir ki, ölkə rəsmisi mükafatın münsiflər heyətində iştirak və qalibləri təbrik etməyin onun üçün böyük şərəf olduğunu bildirib.

Səidə Mirziyoyeva vurğulayıb ki, sülh və qızların təhsil almaq hüququ cəmiyyətin sabitliyi və inkişafı ilə ayrılmaz şəkildə bağlı olan dəyərlərdir.

Həmçinin Özbəkistan PA rəhbərinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh razılaşması uzun illər davam edən mürəkkəb münaqişələrin belə həll edilə biləcəyini açıq şəkildə nümayiş etdirib.

Mirziyoyevanın fikrincə, həm sülh, həm də qızların təhsil hüquqları cəmiyyətlərin sabitliyi və inkişafı ilə sıx bağlı olan mühüm dəyərlərdir.

Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.

Mükafatlar bu il fevral ayının 4-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək mərasimdə təqdim olunacaq.

Избранный
133
1
teleqraf.com

2Источники