RU

Metroda bu sistemlərdən düzgün istifadə etməyənlər ləngimələrə səbəb olur - Bəxtiyar Məmmədov

Bakı.Trend:

Bakı Metropolitenində NFC və QR əsaslı ödəniş sistemlərinintətbiqində düzgün istifadəsi diqqət tələb edir.

Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”ninmətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalardan istifadəimkanları genişlənsə də, bəzi hallarda istifadəçilərin busistemləri düzgün tətbiq etməməsi müəyyən problemlərə yol açabilir.

“Əvvəllər internet və rəqəmsal həllər geniş yayılmasa da,hazırda bu imkanlar mövcuddur və texnologiyadan düzgün istifadəolunmadıqda bu, ümumi sərnişin axınına təsir göstərə bilər.

Bununla belə, hazırda metropolitendə bu amilin sərnişinhərəkətinə ciddi təsiri müşahidə olunmur. Artıq NFC, QR kod və QRbilet sistemləri ölkədə müxtəlif sahələrdə, xüsusilə də alış-verişproseslərində geniş tətbiq olunur və əhali bu texnologiyalara böyükölçüdə öyrəşib. Bu səbəbdən metropolitendə də ciddi çətinliklərqeydə alınmır”.

B.Məmmədov əlavə edib ki, sərnişinlərin NFC funksiyalarınıturniket qarşısında aktivləşdirməyə çalışması bəzi hallardaləngimələrə səbəb ola bilər.

Избранный
154
az.trend.az

1Источники