"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen baş məşqçi Hans-Dieter Flikin münasibətinə görə klubdan ayrılmaq barədə son qərarını verib.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, alman məşqçinin İspaniya Kral Kubokunun 1/8 final mərhələsinin "Rasinq"lə(0:2) görüşündə start heyətində Joan Qarsiyanı meydana buraxmasından sonra ter Ştegen "Barsa"da qalmayacağı fikrini qətiləşdirib.
Belə ki, Joan Qarsiya zədələnməsə, alman qolkiper mövsümün qalan hissəsində əsas heyətdə oynamaq şansının olmayacağını anlayıb.
Alman qapıçı klub rəhbərliyinə ayrılıq istəyini bildirib və iyun ayına qədər "Jirona"ya icarəyə verilməsini xahiş edib.
33 yaşlı almanın "Barselona" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, 2014-cü ildən İspaniya nəhənginin qapısını qoruyur.
“Qarabağ” - “Ayntraxt” oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq
Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
Qurban Qurbanovun mətbuat konfransının vaxtı bəlli olub
“Qarabağ”ın futbolçusu Türkiyə klubunun radarına düşüb
"Qarabağ" - "Ayntraxt" oyununa 24500 bilet satılıb