RU

Emre Can daha ən ödənişli futbolçu olmayacaq - DETALLAR

"Borussiya Dortmund" yarımmüdafiəçi Emre Can ilə müqavilənin müddətini uzadıb-uzatmayacağı ilə bağlı qərarını qətiləşdirib. 

Fanat.Az xəbər verir ki, Bundesliqa klubu 32 yaşlı futbolçuya 30 iyun 2028-ci ilədək müddətə yeni müqavilə təklif edəcək. 

İnformasiyanı "Bild" yayıb. Nəşrin məlumatına görə, tərəflər artıq bütün şərtlər üzərində razılığa gəliblər. 

Hazırda "Borussiya"nın ən yüksək maaş alan oyunçularından biri olan futbolçunun illik məvacibi təxminən doqquz milyon avrodur. Lakin yeni müqavilə əmək haqqının əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Bu, tərəflər arasında razılaşdırılıb.

Избранный
52
1
fanat.az

2Источники