RU

“Qalatasaray” “Atletiko Madrid”ə qarşı oyuna itkilərlə çıxacaq

“Qalatasaray” “Atletiko Madrid”lə keçiriləcək qarşılaşmada bir neçə futbolçusundan yararlana bilməyəcək.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində zədələri olan Qabriel Sara və Arda Ünyay sabahkı oyunda forma geyinməyəcək. Bundan əlavə, Kazımcan Karataş UEFA-ya təqdim edilən siyahıda yer almadığı üçün İspaniya klubu ilə matçın iştirak ərizəsində olmayacaq.

Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalan Vilfried Sinqonun vəziyyəti isə son məşqdən sonra bəlli olacaq. Məşqdən sonra futbolçunun oyunda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, “Qalatasaray” UEFA Çempionlar Liqasının VII turu çərçivəsində “Atletiko Madrid”i qəbul edəcək. 

"Barsa"da ciddi itki: ÇL matçında iştirak etməyəcək

Türkiyə millisinin üzvü "Arsenal"la oyunu buraxacaq

Argentina millisinin üzvü “Qalatasaray”a keçə bilər

“Beşiktaş”ın futbolçusu sabiq klubuna qayıdır?

“Barselona”nın qolkiperi La Liqada klubunu dəyişəcək

Избранный
67
apasport.az

1Источники