RU

İngiltərə klubu 20 yaşlı macarıstanlı yarımmüdafiəçini sıralarına qatdı

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

20 yaşlı macarıstanlı yarımmüdafiəçi Aleks Tot İngiltərənin “Bornmut” klubu ilə müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, “Bornmut” macar yarımmüdafiəçi üçün “Ferensvaroş”a 12 milyon avro ödəyəcək, daha 3 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.

Cari mövsümdə A.Tot bütün turnirlərdə 25 oyunda iştirak edib, iki qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Nüfuzlu “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun transfer dəyəri 8 milyon avro təşkil edir.

Premyer Liqada 22 turdan sonra “Bornmut” 27 xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
1
icma.az

2Источники