RU

Azərbaycanda bu yol bağlandı - 50-dən çox kənd işıqsız qaldı

Qar səbəbilə Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət çətinləşib, dağlıq ərazilərdə isə yol tamamilə bağlanıb.

APA  xəbər verir ki, Cəlilabad-Yardımlı yolunda qarın hündürlüyü və buzlaşması, avtomobillərin yolda qalmasına səbəb olub. Hazırda bəzi yollarda yalnız xüsusi nəqliyyat vasitələri, eləcə də "Niva" və "UAZ" avtomobillərin hərəkəti mümkündür.

Sakinlər deyir ki, günorta saatlarına doğru yolun rayon mərkəzinə yaxın əraziləri qismən qar örtüyündən təmizlənsə də, dağlıq hissələrdə hərəkətə məhdudiyyət qalmaqdadır.

Qar yağması rayonun elektrik təsərrüfatına da ziyan vurub. Kəndlərarası və kənddaxili elektrik naqillərinin qırılması nəticəsində bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayanıb.

Buna görə də rayonun 50-dən çox kəndində elektrik enerjisinin verilişi dayanıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, hazırda fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
90
7
olaylar.az

7Источники