RU

Azərbaycanda mənzil tikintisinə ötən il 3 milyard manatdan çox sərmayə yatırılıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda tikinti sektoru üzrə əsas kapitalayönəldilmiş investisiyaların dəyəri 5,725 milyard manat təşkiledib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3%çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 27%-ə bərabər olub.

Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın3,074 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da2024-cü ildəki göstəriciyə nisbətən 8% artım deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmişinvestisiyaların yekunda xüsusi çəkisi 14,5%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ildə ölkənin iqtisadi və sosialsahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala21,226 milyard manat və ya 2024-cü illə müqayisədə 5,6 faiz azinvestisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmişinvestisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektorunayönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. Ümumisərmayənin 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalısahələrinin, 7,180 milyard manatı (33,8 faizi) xidmət sahələrinin,3,074 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinintikintisinin payına düşüb.

Ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi qeyridövlətsektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun75,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxilimənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumisərmayənin 80,2 faizini təşkil edib.

Избранный
109
1
az.trend.az

2Источники