Bakı. Trend:
Koreya Respublikası hökuməti 2024-cü ilin yanvarında, hazırdaölkə prezidenti vəzifəsini tutan, o vaxt isə müxalifət “Toburo”Demokrat Partiyası partiyasının sədri olmuş Li Çje Myona qarşıtörədilmiş sui-qəsd cəhdini rəsmi olaraq terror aktı kimitanıyıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Baş nazirininofisi məlumat yayıb.
Məlumata əsasən, 2016-cı ildə terrorizmə qarşı mübarizə haqqındaqanunun qüvvəyə minməsindən bəri ilk dəfədir ki, bir hadisə hökumətsəviyyəsində terror aktı kimi təsnif edilir.
2024-cü il yanvarın 2-də bir hücumçu Li Çje Myona uzun bıçaqlaboyun nahiyəsindən xəsarət yetirib. Cinayətkar hazırkı dövlətbaşçısı Myon Busanda yeni hava limanının tikinti sahəsinə səfərizamanı özünü siyasətçinin tərəfdarı kimi təqdim edərək ondanavtoqraf istəyib və ona yaxınlaşıb. Saxlanıldıqdan sonra polisəetiraf edib ki, Li Çje Myonun prezident olmaması üçün onu öldürməkniyyətində olub. 2025-ci ilin iyulunda hücumçu 15 il müddətinəazadlıqdan məhrum edilib.