RU

“Barselona”nın əsas transfer hədəfi – Xulian Alvares

“Barselona” yay transfer pəncərəsi üçün əsas hədəfini müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresi heyətinə qatmaq istəyir və bu keçidi reallaşdırmaqda israrlıdır.

Argentinalı forvard bu mövsüm 27 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. “Transfermarkt” Alvaresin dəyərini 100 milyon avro olaraq göstərir.

Избранный
62
idmanxeber.az

1Источники