RU

Füzulidə evlərlə təmin olunan ailələrin rifahı necədir?VİDEO

Evlərlə təmin olunan ailələrin rifahı da diqqət mərkəzindədir.

Xezerxeber.az xəbər verir ki, onlar üçün mənzillə bağlı hər bir şərait qurulub. Bununla yanaşı iş imkanları da yaradılır. Füzuli də işgaldan azad olunandan sonra sürətlə bərpa edilir. Öz yurdlarına qayıdan ailələr hazırda isti evlərində məmnun şəkildə yaşayırlar.

Dövlət dəstəyindən istifadə edənlər artıq işlərini qurub, qazanclarını təmin edirlər.

Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində doğma yurdda yeni məskunlaşan uşaqlar üçün davamlı incəsənət təhsili tədris olunur. Uşaqlar mədəni sahədə də inkişaf edirlər.

İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Özbəkistan büdcəsinin vəsaiti hesabına inşa edilən 960 şagird yerlik məktəbdə də tədris aparılır. Müasir standartlara uyğun qurulan məktəbdə 40 sinif otağı, laboratoriyalar, informatika kabinetləri və funksional tədris məkanları şagirdlərin bilik və bacarıqlarının inkişafı üçün geniş imkanlar yaradır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
63
xezerxeber.az

1Источники