RU

Məşhur aktrisanı ard-arda iki avtomobil VURDU

Ajans.az xəbər verir ki, 33 yaşlı aktrisa Kianna Underwood yanvarın 16-da ardıcıl olaraq iki avtomobilin vurması nəticəsində faciəvi şəkildə həlak olub. Hər iki sürücü hadisə yerindən qaçıb. Hadisə yerli vaxtla səhər saat 06:50 radələrində ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunun Braunsvill məhəlləsində, Uotkins küçəsi ilə Pitkin prospektinin kəsişməsində baş verib. Underwood yolu keçmək istəyən zaman bir SUV markalı avtomobil ona çarpıb.

Nyu-York Polis Departamentinin (NYPD) verdiyi məlumata görə, bu toqquşmadan dərhal sonra aktrisa qara və boz rəngli sedan avtomobilin altında qalıb. Gənc aktrisa hadisə yerindəcə həyatını itirib.

Избранный
59
Ajans.az

1Источники