
Rusiyanın tanınmış ictimai-siyasi fiqurları tərəfindən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana yönəlik səsləndirilən son açıqlamalar regional təhlükəsizlik və suverenlik məsələləri baxımından ciddi müzakirələrə səbəb olub.
Belə ki, rusiyalı teleaparıcı Vladimir Solovyov çıxışlarının birində Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını eyni kontekstdə “hədəf” kimi təqdim edib. Ardınca Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin daha da irəli gedərək postsovet məkanında, o cümlədən Azərbaycanda müstəqil və suveren dövlətlərin mövcudluğunun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib.
Duqinin fikrincə, yeni geosiyasi reallıqlar şəraitində Azərbaycan kimi ölkələrin ayrıca suverenliyi mümkün deyil və bu dövlətlər Moskvanın nəzarətində olan birliklərin tərkib hissəsinə çevrilməlidir. Ekspertlər qeyd edirlər ki, bu cür yanaşmalar ayrı-ayrı şəxslərin emosional çıxışları deyil, Rusiyada formalaşan ideoloji xəttin açıq ifadəsidir.
Məsələ ilə bağlı diqqət çəkən digər məqam isə Azərbaycanda ictimai-siyasi cameənin, politoloqların, beynəlxalq münasibətlər üzrə ekspertlərin və region üzrə ixtisaslaşmış analitiklərin bu açıqlamalara hələlik sistemli və arqumentli cavab verməməsidir. Müşahidəçilər hesab edirlər ki, informasiya müharibəsi şəraitində sükut neytrallıq anlamına gəlmir və yaranan boşluq qarşı tərəfin narrativləri ilə doldurula bilər.
Qeyd olunur ki, regionun digər ölkələrində – Özbəkistan, Qazaxıstan və hətta Ermənistanda bu tip iddialara cavab olaraq faktlara əsaslanan məqalələr, analitik yazılar və açıq mövqelər ortaya qoyulur. Mütəxəssislər vurğulayırlar ki, Azərbaycanın da öz suverenliyini və beynəlxalq hüquqa əsaslanan mövqeyini informasiya müstəvisində daha fəal şəkildə müdafiə etməsi zəruridir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта