Bakı, 20 yanvar, AZƏRTAC
İtaliyanın “Fiorentina” komandasında çıxış edən Edin Ceko karyerasını Almaniyada davam etdirəcək.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı bosniyalı hücumçu II Bundesliqada mübarizə aparan “Şalke” ilə anlaşıb.
Hazırda müqavilənin bağlanması ilə yekun danışıqlar gedir.
Qeyd edək ki, Edin Ceko ötən ilin yayında “Fənərbağça”dan “Fiorentina”ya keçib.