RU

Ramiz Muradov “Şamaxı”da – Rəsmi – ARENA.AZ

“Zirə”nin əvəzedicilərdən ibarət komandasının yarımmüdafiəçisi Ramiz Muradov bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Şamaxı” bu gün qış transfer pəncərəsində ilk transferini reallaşdırıb. Sözügedən klub “Zirə”dən Ramiz Muradovu icarə müqaviləsi əsasında heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.

Xatırladaq ki, mərkəz yarımmüdafiəçisi olan Ramiz Muradov “Zirə”nin öz yetirməsidir. O, Premyer Liqa təmsilçisinin əsas komandasında indiyə qədər 2 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Şamaxı” daha öncə “Sumqayıt”dan icarəyə götürdüyü Sənan Muradlı ilə yollarını ayırdığını açıqlamışdı. Qış fasiləsinin qalan dövründə əyalət klubunun heyətlə bağlı başqa hansısa ciddi dəyişiklik etməsi artıq inandırıcı görünmür.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
20
24
arena.az

10Источники