Futbol üzrə İspaniya Kubokunda 1/8 final mərhələsinin maraqlı görüşlərindən sonra növbəti raundun püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, 1/4 final mərhələsi çərçivəsində turnirdə mübarizəni davam etdirən 8 komandanın rəqibləri müəyyənləşib.
Qeyd edək ki, turnirin favoritlərindən sayılan “Real” ötən mərhələdə gözlənilmədən “Albasete”yə 2:3 hesabı ilə uduzaraq kubokla vidalaşıb. Əzəli rəqibi “Real”ın mübarizəni dayandırmasından sonra “Barselona”nın turnirin qalibi olmaq şansları daha yüksək qiymətləndirilir. Lakin maraqlıdır ki, “Real” kimi rəqibi mübarizədən kənarlaşdırdıqdan sonra “Albasete”nin bəxtinə 1/4 finalda İspaniyanın digər nəhəngi “Barselona” çıxıb. Bu, həm İspaniya, həm dünya mediasında, həm də sosial şəbəkələrdə maraqlı reaksiyalara səbəb olub.
İspaniya Kubokunda 1/4 finalın oyunları fevralın 4-də və 5-də keçiriləcək.
İspaniya Kuboku
1/4 final
Albasete – Barselona
Alaves – Real Sosyedad
Valensiya – Atletik
Betis – Atletiko
