RU

Kanada ABŞ-yə qarşı: "Qrenlandiya və Danimarkanı dəstəkləyirik"

"Kanada Qrenlandiya və Danimarkanı qətiyyətlə dəstəkləyir".

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Kanadanın Baş naziri Mark Karni bildirib. Cənab Karni əlavə edib ki, orta güclər birlikdə hərəkət etməlidirlər, çünki əgər biz müzakirələr masasında deyiliksə, deməli, menyudayıq:

"Hər ötən gün bizə güclər arasında böyük rəqabət dövründə yaşadığımızı xatırladır" .

Xatırladaq ki, cənab Karni daha əvvəl  "X" hesabında Fransa prezidenti Emmanuel Makronla İsveçrə Alp kurortunda çəkdirdiyi şəkli paylaşaraq, yazmışdı: "Kanada və Fransa suverenliyi, ərazi bütövlüyünü və sülhü qorumaq üçün həmişə səslərini birləşdirəcəklər".

Aydın Baxış

Избранный
70
1
bakivaxti.az

2Источники