RU

20 Yanvar şəhidləri İzmir şəhərində anıldı

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

20 Yanvar faciəsinin ildönümü Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasına bağlı İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən qeyd edilib.

Axar.az xəbər verir ki, dərnək üzvləri həmçinin Bornovadakı Xocalı Şəhidliyi abidəsini də ziyarət edib.

Anım mərasimində Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlər ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Tədbirdə iştirak edən Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, ictimai fəal və aktrisa Roza İbadova Kocamaz 20 Yanvar faciəsi haqda danışıb və şəhidlərin heç vaxt unudulmayacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
68
axar.az

1Источники