RU

Aleks Tot “Bornmut”da – Rəsmi – ARENA.AZ

Macarıstan yığmasının və “Ferentsvaroş”un mərkəz yarımmüdafiəçisi Aleks Tot bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi ilə 5,5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb. Macarıstan klubu bu transferdən 12 milyon avro qazanıb.

Aleks Tot “Ferentsvaroş”un yetirməsidir. Macarıstan millisinin üzvü bu mövsüm “ağ-yaşıllar”ın heyətində 25 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib. Onun “Ferentsvaroş” karyerası bütövlükdə 60 oyun, 4 qol və 15 məhsuldar ötürmədən ibarətdir. Tot bir müddət “Soroksar”da icarədə də olub.

Macar futbolçu ölkəsinin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
4
24
arena.az

10Источники