RU

Arsenal ın üzvü Fransa yolunda

Fanat saytına istinadən ain.az xəbər verir.

Fransanın "Marsel" klubu heyətini gənc ulduzla gücləndirmək üçün "Arsenal"la danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Devid Ornşteynin verdiyi məlumata görə, Marsel təmsilçisi 17 yaşlı İtan Nvanerini mövsümün sonuna qədər icarəyə götürmək istəyir.

Hazırda klublar arasında razılığın əldə olunması üçün intensiv müzakirələr gedir. "Arsenal" rəhbərliyi Nvanerinin Roberto De Zerbinin oyun üslubuna uyğun gələcəyinə və bu mühitdə daha yaxşı inkişaf edəcəyinə inanır.

İcarə müqaviləsində futbolçunun birdəfəlik satın alınma opsiyasının yer almayacağı vurğulanır. "Topçular" gənc istedadı tam itirmək istəmir, yalnız onun oyun təcrübəsi qazanmasını hədəfləyir.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
fanat.az

2Источники