RU

“Fənər” də uduzdu, “Efes” də

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Avroliqada 21-ci turun oyunları Türkiyə klubları üçün uğursuz oldu. "Football-plus.az" xəbər verir ki, “Fənərbaxça” səfərdə “Dubay” önündə “ağ bayraq qaldırdı”. “Efes” də rəqib meydanında “Milan”la bacarmadı. Ardıcıl 5-ci məğlubiyyəti alan “pivəçilər” autsayderlər sırasındadı.Hesabat turunun “Hapoel” – “Paris” oyunu baş tutmadı. Bu oyun yanvarın 9-da keçirilməliydi. Sadəcə, yanvarın 7-də İstanbulda “Efes”lə qarşılaşan Fransa klubu Türkiyə ilə İsrail arasında birbaşa aviareys olmadığına görə Təl-Əvivə vaxtında çata bilməzdi. Belədə Avroliqa rəhbərliyi oyunun martın 3-nə təxirə salınmasına qərar verdi.Dubay (BƏƏ) – Fənərbaxça (Türkiyə) 92:81 (24:22, 27:20, 22:20, 19:19)Panatinaikos (Yunanıstan) – Virtus B (İtaliya) 84:71 (23:15, 16:18, 17:15, 28:23)Valensiya (İspaniya) – Monako (Fransa) 92:101 (28:26, 14:27, 28:23, 22:25)Real (İspaniya) – Makkabi T-Ə (İsrail) 98:86 (21:25, 27:22, 28:18, 22:21)Jalgiris (Litva) – Srvena Zvezda (Serbiya) 99:67 (26:12, 21:16, 21:24, 31:15)Olimpiakos (Yunanıstan) – Bavariya (Almaniya) 95:80 (21:23, 28:24, 24:14, 22:19)Barselona (İspaniya) – Partizan (Serbiya) 88:70 (13:20, 28:15, 21:15, 26:20)Baskoniya (İspaniya) – ASVEL (Fransa) 78:73 (24:19, 20:16, 14:24, 20:14)Milan (İtaliya) – Efes (Türkiyə) 87:74 (16:27, 22:22, 24:8, 25:17)“Hapoel” (T-Ə, İsrail) – “Paris” (Fransa) oyunu təxirə salınıb.Xal durumu: Monako, Valensiya, Barselona - 35, Hapoel T-Ə, Real, Panatinaikos – 34, Fənərbaxça, Jalgiris - 33, Olimpiakos, Srvena Zvezda, Milan – 32, Virtus B, Dubay – 31, Makkabi T-Ə – 29, Baskoniya, Bavariya – 28, Paris, Efes, ASVEL, Partizan – 27.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
3
icma.az

10Источники