RU

Makron Davosda Trampla bağlı ELƏ SÖZLƏR DEDİ Kİ… – VİDEO

Davos İqtisadi Forumunda çıxış edən Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampa ünvanlanan kinayəli fikirləri ilə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, Makron çıxışı zamanı qlobal təhlükəsizlik və beynəlxalq vəziyyətlə bağlı danışarkən ironik üslubdan istifadə edərək auditoriyada maraq doğurub.

Fransa prezidenti bildirib ki, hazırda dünya sülh, sabitlik və proqnozlaşdırıla bilənlik dövrünə ehtiyac duyur. Bu fikri kinayəli gülüşlə səsləndirən Makron, reallığın isə tam əksini göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, təkcə 2024-cü il ərzində dünyada 60-dan çox müharibə və silahlı münaqişə qeydə alınıb ki, bu da rekord göstəricidir.

Makron əlavə edib ki, bu münaqişələrdən yalnız bir neçəsinin həll olunduğu müşahidə edilir. Fransa liderinin bu açıqlaması beynəlxalq arenada artan gərginliklər fonunda, xüsusilə də ABŞ-ın xarici siyasətinə dolayı mesaj kimi qiymətləndirilir. Makronun kinayəli tonu Davosda qlobal liderlər arasında mövcud fikir ayrılıqlarını bir daha gündəmə gətirib.

Избранный
35
nocomment.az

1Источники