RU

NORAD Qrenlandiyaya hərbi aviasiya göndərəcək

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şimali Amerikanın Aerokosmik Müdafiə üzrə Birləşmiş Komandanlığı (NORAD) Qrenlandiya ilə bağlı qalmaqallı açıqlama verib. NORAD bildirir ki, çox tezliklə onların təyyarələri Qrenlandiyadakı Pituffik hərbi bazasına çatacaq.

Reyting.az-ın xəbərinə görə, NORAD-ın "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilir ki, hərbi təyyarələr ABŞ və Kanadanın materik ərazilərində yerləşən aviasiya ilə bərabər əvvəlcədən planlaşdırılmış təlim-məşqlərdə və müxtəlif fəaliyyətlərdə iştirak edəcəklər.

Komandanlıq vurğulayıb ki, hərbi təyinatlı tədbirlər Danimarka hakimiyyəti ilə razılaşdırılıb, üstəlik, bununla bağlı bütün diplomatik icazələr rəsmi şəkildə alınıb. Qrenlandiya hökuməti də bunu təsdiq edib və hakimiyyət rəsmiləri ABŞ-la Kanadanın tərəfindən planlaşdırılmış hərbi təlimlər, eləcə də digər fəaliyyətlərlə bağlı məlumatlandırıldıqlarını bildiriblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiya adası ilə bağlı iddialarından sonra səkkiz Avropa ölkəsi bir araya gəlmişdi. Bu toplantıdan az sonra isə həmin Avropa dövlətləri regionda təhlükəsizliyi tam gücləndirmək məqsədilə Danimarka ərazisi kimi tanınan adaya hərbi kontingent göndərmişdilər.

Bununla belə, D. Tramp iddialarından əl çəkməyəcəyini bildirir, həmin ölkələrə qarşı fevralın 1-dən 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini, bu ilin iyun ayından isə - əgər Qrenlandiya ilə bağlı razılaşması əldə edilməzsə, - rüsumların 25 faizə yüksələcəyini bəyan etmişdi.

Onu da xatırladaq ki, D. Trampın açıqlamasına münasibət bildirən Avropa liderlərinin sözlərinə görə, onun bəyanatı transatlantik əlaqələri və yaxın münasibətləri zəiflədə bilər.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
reyting.az

1Источники