525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-də, Missuri ştatının Sent-Çarlz dairəsinin ən təcrübəli hakimlərindən biri olan Metyu Tornhill işdən qovulub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun barəsində edilən çoxsaylı şikayətlər olub.
Belə ki, hakim məhkəmə iclaslarına başına parik qoyaraq gəlirmiş. Özünü məşhur Elvis Presliyə bənzədən Tornhill bu azmış kimi, iclas zamanı tez-tez smartfonunda Preslinin mahnılarını səsləndirir, onunla bağlı zarafatlar edirmiş. Bununla da zalda iştirak edənlərin könlünü oxşamağa çalışırmış. Deyəsən, onun bu hərəkətləri məhkəmə iştirakçılarının xoşuna gəlməyib. Əksinə, əsəblərinə toxunub. Bu da çoxsaylı şikayətlərə səbəb olub.
Qeyd edək ki, intizam komissiyası onun hərəkətlərinin hakimə və iclaslara yaraşmadığı barədə rəy verdikdən sonra Tornhill 20 illik fəaliyyətdən sonra könüllü olaraq təqaüdə çıxıb.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.