RU

Ərdoğan Trampla danışıb: Suriyanı yaxından izləyirik

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Sherg.az xəbər verir ki, Ərdoğan Türkiyənin Suriyadakı prosesləri yaxından izlədiyini bildirib.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsi telefon danışığı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı həyata keçirib.

Liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, regional və qlobal prosesləri müzakirə ediblər.

Prezident Ərdoğan danışıq zamanı Türkiyənin Suriyadakı hadisələri yaxından izlədiyini, Suriyanın birlik, bərabərlik və ərazi bütövlüyünün Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Həmçinin İŞİD-lə mübarizə və Suriyadakı həbsxanalarda saxlanılan İŞİD üzvlərinin vəziyyəti də müzakirə olunub.

Prezidentimiz bildirib ki, bütün elementləri ilə inkişaf edən, terrorizmə son qoyulmuş və sabit Suriyanın regionun ümumi sabitliyinə də mühüm töhfə verəcəyi şübhəsizdir.

Prezident Ərdoğan Qəzzada sülhün təmin olunmasına yönəlik səylərin davam etdiyini, Türkiyənin bu məsələdə ABŞ ilə koordinasiyalı şəkildə hərəkət etməyi sürdüyünü də qeyd edib. Prezident Ərdoğan, Qəzza Sülh Şurasına dəvətə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib" - deyə məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
sherg.az

1Источники