Bakı, 20 yanvar, AZƏRTAC
Fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 800 dollar həddini keçib.
AZƏRTAC xəbər verir ki, “Comex” birjasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 05:06-ya olan vəziyyətə görə qızılın bir troya unsiyasının qiyməti 0,76 faiz artaraq tarixi maksimum – 4 802 dollar təşkil edib.