RU

Samuxda 10 kiloqramdan artıq narkotik vasitəni satmaq istəyən şəxs saxlanıldı

Bakı. Trend:

Samuxda 10 kiloqramdan artıq narkotik vasitəni satmaq istəyənşəxs saxlanılıb.

Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyatakeçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsindəşübhəli bilinən 35 yaşlı Səməd Əliyev tutulub.

Onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olanheroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarlamüəyyən edilib ki, S.Əliyev narkotik vasitələri satmaq məqsədiləəldə edib.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxs barəsində həbsqətimkan tədbiri seçilib.

Избранный
46
8
az.trend.az

10Источники