RU

Paytaxtın bu küçələrinin kəsişməsi işıqforla nizamlanacaq (FOTO)

Bakı.Trend:

Paytaxtda mobilliyin inkişaf etdirilməsi, nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkətiştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunmasıməqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənnövbəti layihə icra edilir.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunda aparılan təhlillər nəticəsindəmüəyyən olunub ki, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadovprospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələrihazırda Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindənistifadə edir. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonraqısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyatvasitələri hərəkət axınının sürətini əhəmiyyətli dərəcədə azaldırvə həmin hissədə ciddi sıxlıqa səbəb olur.

Mövcud problemin aradan qaldırılması məqsədilə ərazidəkiarakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən ZiyaBünyadov prospekti istiqamətində birbaşa çıxış təmin ediləcək.Bununla da geriyədönmə manevrlərinə ehtiyac aradan qalxacaq vəhərəkətin axıcılığı yüksələcək.

Layihə çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadəküçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq.

Eyni zamanda, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçidimkanları təmin ediləcək.

Tətbiq ediləcək yenilik barədə videoçarxda tanış olabilərsiniz:

https://www.youtube.com/watch?v=DLYCIkBck_g

Paytaxtın
Məqalədə:
Избранный
16
17
az.trend.az

10Источники