Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə dünən axşam saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.
B.Əzimov saz ifaçısı kimi tanınırdı.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.(oxu.az)