RU

Azərbaycanın metanol ixracından əldə etdiyi gəlirlər azalıb

Bakı, 21 yanvar, AZƏRTAC

2025-ci ildə Azərbaycandan dəyəri 86,2 milyon dollar olmaqla 391,8 min ton metanol ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

İxrac olunan metanolun həcmi əvvəlki illə müqayisədə 17,3 faiz, dəyəri isə 17,4 faiz azalıb.

Qeyd edək ki, 2024-cü ildə ölkədən 474,06 min ton metanol ixrac olunub, ixracın dəyəri 104,3 milyon dollar təşkil edib.

 

Избранный
70
azertag.az

1Источники