RU

Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək - Yenilənib 

Cəmiyyətdə hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı müxtəlif suallar var...

Poliqon xəbər verir ki, bunu Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.

“Eyni zamanda qəbul edilmiş qanunlara da müəyyən aydınlıq gətirmək üçün hərbi səfərbərlik və hərbi xidmətkeçmə haqqında ictimai dinləmənin keçirilməsinə ehtiyac var”, - deyə Arzu Nağıyev bildirib.

***

Milli Məclisdə hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək.

Poliqon-nun xəbərinə görə, bu, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı il yaz sessiyası üçün İş planında əksini tapıb.

Poliqon.info

Избранный
64
9
poliqon.info

10Источники