"Kəpəz"in baş məşqçisi Azər Bağırov qış təlim-məşq toplanışı çərçivəsində keçirdikləri yoxlama oyunlarında klubun 10 yetirməsinə şans verib.
Aznews.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis bu qarşılaşmalarda qapıçı Elgün Bayramov, müdafiəçilər Arzu Atakişiyev, Ümid Səmədov, yarımmüdafiəçilər Fərid Kələntərov, Amur Yusifov, Raul İsaqov, Nihad İsaqov, həmçinin hücumçular Şahnur İsmayılov, Sadiq Şəfiyev və Elxan Məmmədova güvənib.
Belə bir halın uzun illərdir qeydə alınmadığı bildirilib. Azər Bağırov akademiyadan dəvət olunan futbolçuların gələcəkdə əsas komandaya real namizədlər olacağına inandığını xüsusi vurğulayıb.