RU

Bakı Metropoliteni məşhur şirkətlərdən yeni nəsil qatarlar alacaq

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bakı Metropoliteninin yeni nəsil qatarlar alması ilə bağlı danışıqlar son mərhələdədir".

Avtosfer.az xəbər verir ki, bu məlumatı Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib.

O bildirib ki, müvafiq dövlət proqramına uyğun olaraq texniki şərtlərin hazırlanması prosesi yekunlaşmaq üzrədir:

"Ötən ildən etibarən dünyanın aparıcı istehsalçılarından olan Avropanın ən tanınmış "Stadler" və "Skoda", Çin və Rusiyanın bir neçə tanınmış şirkətləri ilə müzakirələr aparılıb. Yaxın vaxtlarda texniki şərtlər təsdiqlənəcək və Bakı Metropoliteni yeni qatarları sifariş edəcək. Bu müqaviləyə uyğun olaraq cari ildə yeni qatarların istehsalına başlanılacaq".

B.Məmmədov bildirib ki, 2030-cu ilə qədər Bakı Metropoliteni 299 ədəd müasir tipli vaqon almağı planlaşdırıb.

Oxunub 22

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
131
2
avtosfer.az

3Источники