RU

Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb

Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Sülh Şurasına qoşulması qərarı doğrudur.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Bunun bir neçə səbəbi var. Birincisi, Trampın dəvətinə “yox” demək strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər, Sülh Şurasına üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı. İkincisi, Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib.

Üçüncüsü, Donald Tramp Sülh Şurasının Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası Sülh Şurasının gələcəkdə BMT-ni əvəz edə biləcəyi qənaətindədir. Azərbaycan super dövlət statusuna malik olan ABŞ-ın dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırması prosesindən kənarda qalmamalıdır.

Dördüncüsü, Ermənistan, həmçinin Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan və Özbəkistan da Trampın təklifinə müsbət cavab veriblər”, - politoloq vurğulayıb. /axar.az/

Избранный
20
4
turkustan.az

6Источники