RU

Qırğızıstan banklarının aktivləri 1 trilyonu keçib

BAKI, 21 yanvar. TELEQRAF

Qırğızıstanın bank aktivləri 2025-ci ilin ilk 11 ayında 1 trilyon 181,1 milyard soma çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Bildirilir ki, bank aktivləri 2025-ci ilin ilk 11 ayında 44,9 faiz artıb. Bu arada kredit portfeli 43,6 faiz artaraq 489,3 milyard soma çatıb.

İslam maliyyə sektoru ən əhəmiyyətli artımı nümayiş etdirib, artım 100,8 faiz olub, həcm 18,1 milyard soma çatıb.

Qırğızıstan banklarları artan əmanət axını da qeydə alıblar, əmanətlərin həcmi 38,8 faiz artaraq 822,4 milyard soma çatıb.

Ölkədə 21 kommersiya bankı və 306 filial fəaliyyət göstərir.

Избранный
50
teleqraf.com

1Источники