
ABŞ Dövlət Departamenti İranda 19 yaşlı gəncin edama məhkum edilməsini pisləyib.
Yeniavaz.com xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə “X” sosial şəbəkə hesabındakı farsdilli səhifəsində qeyd edib.
“19 yaşlı Əmirhüseyn Qədirzadənin dinc etiraz aksiyasına görə, edama məhkum edilməsi İran rejiminin öz xalqının səsini boğmaq üçün nə qədər səy göstırdiyini nümayiş etdirir. Əhalisinin təqribən 50%-inin 30 yaşdan aşağı olduğu bir ölkədə rejim öz gənclərini dinləməkdənsə, onları edam etməyə üstünlük verir.
Öz gəncliyinə mərhəmət göstərməyən bir rejim bir şeyi aydın şəkildə göstərir: İranda heç kim bu rejimin zorakılığından sığortalanmayıb. Biz İran hakimiyyətini Əmirhüseyn Qədirzadənin edamını dərhal dayandırmağa, dinc etiraz aksiyasına görə həbs edilənlərin hamısını azad etməyə və və İran xalqının fundamental hüquqlarına hörmət etməyə çağırırıq”, - Dövlət Departamenti bildirib.