Aktual.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında qeyd olunub.
"1990-cı ildən bəri planetin əsas göllərinin 50 faizindən çoxu suyu itirib. Əsas yeraltı su mənbələrinin (su laylarının) 70 faizi uzunmüddətli azalma mərhələsindədir. Son 50 ildə Avropa Birliyi ölçüsündə bataqlıq ərazilər yoxa çıxıb. Buzlaqlar 1970-ci ildən bəri 30 faiz kiçilib. Bütün bunların nəticələri də ağır olur: təxminən 4 milyard insan hər il ən azı bir ay su çatışmazlığı ilə üzləşir”, - hesabatda bildirilib.