RU

Sumqayıt-Bakı qatarı bu stansiyalarda da dayanacaq

Bu gündən etibarən Sumqayıt-Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

Bu barədə Milli.Az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

Yeni hərəkət cədvəli: https://ticket.ady.az/az/yeni-hereket-cedveli

Milli.Az

Избранный
175
23
milli.az

10Источники