RU

İlham Əliyev və Andrey Babiş bir-birilərini qarşılıqlı səfərə dəvət ediblər

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb.

Busaat.az xəbər verir ki, söhbət zamanı ölkələr arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri əlaqələrin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib.

Dövlət başçısı da öz növbəsində Çexiyanın Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

Hər iki dəvət məmnunluqla qəbul olunub.

Избранный
77
43
busaat.az

10Источники