RU

Emin Məmmədov: “Artıq çəki ilə bağlı qərar verməzdən əvvəl...”

“İnsan özünü artıq çəkili hesab etsə belə, obyektiv göstəricilər normaldırsa, çəki ilə mübarizə aparmağa ehtiyac yoxdur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəki canlı yayım zamanı qastroenteroloq Emin Məmmədov bildirib.

Həkim qeyd edib ki, hər bir insan üçün çəki məsələsi individualdır:

“Artıq çəki ilə bağlı qərar verməzdən əvvəl obyektiv meyarlara baxmaq önəmlidir. İlkin qiymətləndirmə bədən çəki indeksi (BMI) vasitəsilə aparılmalıdır. 

İnternetdə mövcud olan BMI kalkulyatorları boy, çəki, yaş və cinsə uyğun hesablamalar aparır. Əgər kalkulyator nəticəsinə əsasən insan “normal” zona daxilindədirsə, bu halda artıq bədən çəkisindən söhbət gedə bilməz”.

Избранный
87
3
cebheinfo.az

4Источники