Əfqanıstanın Fövqəladə Hallara Hazırlığın Təmin Edilməsi üzrə Milli İdarəsinin rəhbəri Nurəddin Turabi Azərbaycanın Kabildəki səfiri İlham Məmmədovla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Əfqanıstan KİV-i məlumat yayıb.
Bildirilib ki, tərəflər təbii fəlakətlərin idarə olunması, minatəmizləmə və infrastruktur layihələri üzrə qarşılıqlı fəaliyyət sahəsində mümkün əməkdaşlıq istiqamətlərini, eləcə də siyasi və humanitar xarakterli məsələləri müzakirə ediblər.