RU

Tramp 1 milyard dollar ianəni NƏ ÜÇÜN İSTƏYİR? – Ödənilməzsə…

Ondan çox ölkə ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Sülh Şurasında iştirakını təsdiqləyib.

Məlumatı “CBS News” Ağ Evdəki mənbələrə istinadən yayıb. “CBS News” dəqiqləşdirib ki, indiyə qədər yalnız beş ölkə dəvəti açıq şəkildə qəbul edib: BƏƏ, Belarus, Mərakeş, Macarıstan və Kanada.

Ağ Ev bildirib ki, ölkələr iştirak müddətini üç ildən daimi üzvlüyə qədər uzatmaq üçün 1 milyard dollar ianə edə bilərlər.

Kanalın mənbələrindən birinə görə, bəzi ölkələr daha az məbləğdə, ehtimal ki, təxminən 20 milyon dollar ianə edəcəklər.

ABŞ rəsmilərindən biri kanala bildirib ki, Qəzza zolağının yenidən qurulması üçün vəsait ayrı toplanacaq. Başqa bir mənbə “CBS News”a bildirib ki, Tramp cümə axşamı Davosda keçiriləcək Dünya İqtisadi Forumunda şura üçün imza mərasimi keçirmək istəyir.

Kanalın mənbələrindən birinə görə, Fransa hazırda ABŞ-yə müsbət cavab vermək niyyətində deyil.

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, şura ilə bağlı irəli sürülən bu sülh təklifi əslində Trampın beynəlxalq sistemi yenidən dizayn etmək cəhdlərinin tərkib hissəsidir:

“Diqqət yetirsək görərik ki, Tramp güc amilinə xüsusi önəm verən bir siyasətçidir. Onun yanaşmasında beynəlxalq münasibətlər dəyərlər üzərindən deyil, güc balansı və iqtisadi potensial üzərindən qurulur. Bu kontekstdə Trampın əsas məqsədi artıq formalaşmış, güclü iqtisadiyyata və siyasi çəkidə sahib dövlətləri bir platformada toplamaqdır”.

Şərhçi qeyd edib ki, Trampın baxış bucağından yanaşdıqda, bu şura mahiyyət etibarilə qlobal miqyasda formalaşdırılmaq istənən bir anti-Çin və daha geniş mənada anti-Asiya platforması təsiri bağışlayır:

“Böyük ehtimalla bu strategiyanın mərkəzində onun əsas rəqibi kimi gördüyü Çinin beynəlxalq siyasətdəki rolunu məhdudlaşdırmaq dayanır. Məhz bu səbəbdən dəvət olunan dövlətlərin seçimi təsadüfi deyil: söhbət Çinin sürətlə artan iqtisadi və siyasi təsirini balanslaya biləcək, mövcud beynəlxalq sistemdə artıq möhkəmlənmiş güclərin bir araya gətirilməsindən gedir. Bu baxımdan şura yeni güclər yaratmaqdan daha çox, mövcud və “təsdiqlənmiş” güclərin konsolidasiyasına xidmət edir və Asiyanın, xüsusilə də Çinin yüksəlişini sistem daxilindən nəzarətdə saxlamaq cəhdi kimi oxuna bilər”.

Tunar

Избранный
59
nocomment.az

1Источники