RU

Paşinyan mahnı yazdı, hamını rəqsə dəvət etdi

6 aylıq işimizin nəticəsi: "Real Ermənistan - Ermənistan Respublikası" mahnısından həzz alın.

"Yeni Sabah" xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.

"Bunu yanvarın 30-da rəqs meydançasında canlı ifa edəcəyik", - deyə Paşinyan sözlərinin müəllifi və musiqisini Karl Manukyan bəstələdiyi mahnını təqdim edib.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı bu yaxınlarda vətəndaşları rəqs meydançasına dəvət edib. "Biz çalırıq, siz isə rəqs edirsiniz", - deyə o yazıb.

Paşinyan qeyd edib ki, tədbirdə iştirak etmək üçün QR kodu və ya müvafiq linkdən istifadə edərək əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Lakin bir gün əvvəl Baş nazir qeydiyyatı dayandırmaq məcburiyyətində qaldıqlarını açıqlayıb, çünki hazırkı qeydiyyat sayı gözləniləndən yeddi dəfə çoxdur. "Hətta əvvəlcə istifadə etməyi planlaşdırdığımız zalı da dəyişdirdik", - deyə o, yekunlaşdırıb.


Telegram kanalımız
Избранный
63
yenisabah.az

1Источники