RU

"Bugünkü oyunda yaranan şəraitdən yararlanmalıyıq"

“Qarabağ”ın “Ayaks”la Tofiq Bəhramov adına stadionda keçirilən sonuncu oyunu zamanı tribunadakı atmosfer oyundan sonra geniş müzakirələrə səbəb olub. Minlərlə azarkeşin stadionda olmasına baxmayaraq, dəstəyin yetərincə hiss olunmaması sosial şəbəkələrdə xüsusi diqqət çəkib.

Qeyd edək ki, bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.

Mövzu ilə bağlı Azreform.info -a danışan tanınmış idman jurnalisti, "Futbolpress" saytının baş redaktoru Elçin Cəlilov bildirib ki, azarkeş amili oyunun nəticəsinə təsir edən faktorlardandı:

"Amma “12-ci oyunçu” ilə işləmək lazımdır. Bunun üçün dünyada müxtəlif təcrübələr var. Düşünürəm ki, “Qarabağ” klub olaraq bu istiqamətdə müəyyən layihələr gerçəkləşdirir, lakin bu kifayət deyil.

Təəssüf ki, bizdə azarkeş kultu da formalaşmır. Stadiona gələnlərin də 90-95 faizi tamaşaçıdır, azarkeş yox. 

“Ayntraxt” UEFA-dan cəzalandırılıb, bu səbəbdən Bakıdakı oyuna onların azarkeşi buraxılmayacaq. Bu baxımdan fürsətdir ki, rəqibə təzyiq üçün yaranan şəraitdən yararlanaq. Amma bilet satışı çox zəifdir".

Həmidə İbrahimova

Избранный
70
1
azreform.info

2Источники