Şərqi Həsəkədə, İraq sərhədindəki al-Yaarubiyah keçid məntəqəsi yaxınlığında SDF təşkilatının silahlılarının hücumu nəticəsində 7 Suriya əsgəri ölüb, 20 nəfər isə yaralanıb.
APA xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Suriya ordusunun əsgərləri SDF təşkilatının partlayıcı və pilotsuz uçuş aparatlarının saxlandığı anbarda axtarış apararkən kamikadze dronunun hücumuna məruz qalıblar.